Ana Sayfa > Özəl > Ömrümün qalan hissəsini xalqıma həsr edəcəyəm» deyən ulu öndər Azərbaycanın dövlət müstəqillyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərmişdir

Ömrümün qalan hissəsini xalqıma həsr edəcəyəm» deyən ulu öndər Azərbaycanın dövlət müstəqillyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərmişdir


4-05-2023, 17:27. Yazar: sevinc1
Ömrümün qalan hissəsini xalqıma həsr edəcəyəm» deyən ulu öndər Azərbaycanın dövlət müstəqillyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərmişdir

Böyük müdriklik, yüksək peşəkarlıq, beynəlxalq diplomatiyanın ən incə sirlərini bilmək və ondan çıxış yollarını araşdırmaq bacarığı meydana çıxan problemlərin çevik və diplomatik həll etmək məharəti, böyük dövləti və xalqı ədalətlə idarə etmək səriştəsi, böyük həyat təcübəsi olan Heydər Əliyevin zəngin bioqrafiyası və onun nəhəng ideya-nəzəri irsi Azərbaycan xalqı üçün, gənc nəsil üçün bir örnək və nümunəvi həyat məktəbidir. «Ömrümün qalan hissəsini xalqıma həsr edəcəyəm» deyən ulu öndər Azərbaycanın dövlət müstəqillyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərmişdir.

Həmçinin, ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. 
Ulu öndər bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Çıxışlarında təhsilin mürəkkəb bir sahə olduğunu dəfələrlə vurğulayaraq demişdir ki, "Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır".

Ümumilli lider  özünün nəhəng fəaliyyəti ilə və böyük bir iftixar hissi ilə tarix yaratmış, dünya tarixinin və Azərbaycan tarixinin qızğın səhifəsinə daxil olmuşdur. 1957-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini əla qiymətlərlə, fəxri diplomla bitirən Heydər Əliyev  Azərbaycanda rəhbər işlədiyi bütün zamanlarda elmin, mədəniyyətin, maarifin, ədəbiyyatın və incəsənətin inkişafına daim diqqət verimş və heç bir zaman qayğısını əsirgəməmişdir. Hələ 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyərkən Bakı Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək səviyyəli kadrlarla təmin edilməsi, elmi-intellektual potensialının yüksəldilməsinə böyük kömək göstərmişdir. Bakı Dövlət Universitetinin hazırkı 1 saylı və 2 saylı doqquzmərtəbəli tədris korpusları, Universitetin tələbə şəhərciyi, onun 4 beşmərtəbəli yataqxanası, xarici tələbələr üçün 1 beşmərtəbəli bina, böyük kitabxana HEYDƏR ƏLİYEVİN göstərişi və xeyir-duası ilə tikilmişdir.

Ulu öndərin dəfələrlə qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, yüksək səviyyəli mütəxəssini yetişdirməkdən ibarətdir. “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam”, – deyən ulu öndər Heydər Əliyev BDU–ya olan rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor–müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir.

Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Universitetin 1999–cu ildə 80 illik yubiley mərasiminin keçirilməsi yenə də ümummilli liderin adı ilə bağlıdır.

Ümumiyyətlə, BDU–nun indiyədək keçirilmiş beş yubiley mərasiminin dördü məhz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Bu mənada Heydər Əliyevlə Bakı Dövlət Universitetini bir–birindən ayrı təsəvvür etmək qətiyyən mümkün deyildir. Ən azı bu səbəbdən ki, universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır.

Müəyyən prinsiplər əsasında ali məktəbə özünüidarəetmə – muxtariyyət statusunun verilməsi onun inkişafında yeni bir mərhələnin əsasını qoymuş, təhsilin məzmun və formaca təkmilləşdirilməsini, dünya təhsil sisteminə sürətli inteqrasiyasını, eyni zamanda, beynəlxalq əlaqələrinin genişlənməsini təmin etmişdir. Xarici ölkələrin mütərəqqi təcrübəsinin universitetdə tətbiqi, tədris–tərbiyə prosesinin müasir standartlara uyğun qurulması üçün məqsədyönlü addımlar atılmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti
İsalı Arzu Oruc






Geri dön