Ana Sayfa > İqtisadiyyat > "Bu, sahibkar üçün ciddi problemə gətirib çıxara bilər" -
"Bu, sahibkar üçün ciddi problemə gətirib çıxara bilər" -4-05-2023, 13:17. Yazar: sevinc1 |
"Yoxlamaların aparılması uzun müddət dayandırıla bilməzdi. Məsələlər öz həllini tapdıqdan sonra yoxlamalar davam etməlidir". aia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, təklif olunan qanun layihəsində yoxlama obyekti anlayışında qohumlarla bağlı hissə var: "Hamısın qohumlar anlayışına yığmısız. Ögey bacı, qardaş, övladlığa götürülən və s. Bu, sahibkar üçün çox ciddi problemə gətirib çıxara bilər. Bu anlayışa baxmaq və yenidən vermək lazımdır", - deyə V.Əhmədov qeyd edib. aia.az Geri dön |