Ana Sayfa > Özəl > Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq

Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq


4-05-2023, 09:16. Yazar: sevinc1
Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq

Aprelin 29-da  Türkiyədə daha bir beynəlxalq tədbir- «TEKNOFEST» Aerokosmik və Texnologiya Festivalı keçirildi. Qardaş ölkə bu tədbirlə dünyaya öz texnoloji gücünü bir daha göstərmiş oldu. Bəli, öz milli texnoloji tərəqqisi ilə dünyanı heyrətləndirməkdə davam edən Türkiyə  bu festivalla bir daha əminlik yaratdı ki, bu istiqamətdəki inkişafı davamlıdır və bundan sonra da böyük uğurlar qazanılacaq.
«Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır.» Prezident  İlham Əliyev Türkiyəyə işgüzar səfəri zamanı  İstanbulda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında səsləndirdiyi bu fikirlər türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinin əsas çağırışlardan olduğunu, eyni zamanda, qardaş Türkiyənin bu çağırışın yüksək səviyyədə cavablandırılmasına böyük töhfələr verdiyini nümayiş etdirir. Hər zaman çıxışlarında “Bizim birliyimizdən çox şey asılıdır” söyləyən dövlət başçısı  İlham Əliyev bu hədəfi də qarşıya qoyurdu  ki,  türkdilli dövlətlərin birliyi daha da gücləndirilməlidir. Bu birliyin nümunəsi olan Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığı faktlar əsasında diqqətə çatdırılır.
“Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.” Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həm xalqımız, həm də bütün dünya bunu  İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk gündən dünyaya  «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» mesajını çatdırdı.
44 günlük Vətən müharibəsinin hər günü tariximizə Qələbə səhifəsi kimi yazılmaqla yanaşı, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının dünyaya təqdimatı oldu. Çünki  bu sevinci Azərbaycan necə yaşadısa, qardaş Türkiyə də eyni şəkildə yaşadı. Tarixə qısa baxış əsasında dövlət başçısı İlham Əliyev  bu reallığı  qeyd edir ki,  bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik.
2021-ci il  15 İyun - Milli Qurtuluş Günündə  Şuşada Azərbaycan-Türkiyə müttəfiqliyini təsdiqləyən sənədin imzalanması mərasimi keçirildi. Dünyaya Şuşa Bəyannaməsi kimi səs salan bu sənəd iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafını özündə ehtiva edir.  Hər zaman Azərbaycanın, Prezident İlham Əliyevin yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin  oktyabrında Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının, 2022-ci ildə isə Şərqi Zəngəzurun hava qapısı olan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində iştirak etdi. Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən, həmçinin ilk xarici uçuşu həyata keçirən dövlət başçısıdır. O, üç dəfə Qarabağa səfər edib. 

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön