Ana Sayfa > Özəl > İcra başçısı qaziyə ev tikib toy edəcək
İcra başçısı qaziyə ev tikib toy edəcək3-05-2023, 22:19. Yazar: sevinc1 |
Qubada Vətən müharibəsi qazisi, 3-cü qrup əlil Nəsurullayev Elgünə ev tikilir. Bu təşəbbüslə Quba rayonu İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edib. Bundan başqa, qazinin toyu da Quba RİH tərəfindən təşkil olunacaq. Bunu rayon rəhbəri Ziyəddin Əliyev açıqlamasında bildirib: “Mənə bu yaxın günlərdə məlumat verdilər ki, qazimiz 3 ildir nişanlıdır, ev şəraitsizliyinə görə ailə qura bilmir. Biz də Rayon İcra hakimiyyəti olaraq qərar verdik ki, qazimizə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həm toy edək, həm də mənzil şəraitinin yaxşılaşdırılması üçün ev tikintisinə başlayaq”. Daha ətraflı videomaterialda: https://youtu.be/7yjH4HZ4hOs Qeyd edək ki, Əliyev Ziyəddin İsmayıl oğlu Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Aia.az Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov Geri dön |