Ana Sayfa > Dünya > Ərdoğan zəlzələdən zərərçəkənlərin pulsuz protezlərlə təmin olunması barədə qərar verdi
Ərdoğan zəlzələdən zərərçəkənlərin pulsuz protezlərlə təmin olunması barədə qərar verdi3-05-2023, 12:35. Yazar: sevinc1 |
Türkiyədə zəlzələ nəticəsində travma alan, sinir sistemi, qol və ayaq zədəsi olan şəxslərə pulsuz və ya güzəştli protezlər veriləcək və ortopedik müalicə tətbiq olunacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Resmi Gazete”də dərc olunan müvafiq qərarı fevralın 6-da zəlzələdən zərər çəkmiş vətəndaşları əhatə edir. Heç bir sosial təminatı olmayan vətəndaşların xərcini ölkənin Daxili İşlər Nazirliyi öhdəsinə götürəcək. aia.az Geri dön |