Ana Sayfa > Özəl > Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkiminin ibtidai istintaqı yekunlaşıb

Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkiminin ibtidai istintaqı yekunlaşıb


2-05-2023, 16:42. Yazar: sevinc1
Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkiminin ibtidai istintaqı yekunlaşıb

“Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin sabiq baş həkimi Eşqin Əliyev və Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin sabiq şöbə müdiri Süleyman Əliyevin qanunsuz əməlləri barədə cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq tamamlanıb.

Aia.az xəbər verir ki, bu barədə "Report" a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

İstintaqla Eşqin Əliyevin qeyd olunan vəzifə və xəstəxana üzrə Həkim-Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən əlillik dərəcəsinin təyin olunması üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 28 min manatdan artıq pul vəsaitini rüşvət müqabilində almasına, habelə işə düzəltmə və ixtisasartırma barədə yalan vəd verməklə vətəndaşlara məxsus 34 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Eşqin Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq), 29,178.2.2, 29,178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyevə isə həmin Məcəllənin 29, 178.2.3, 29,178.2.4 və 32.4, 312.1-ci (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib.

Eşqin Əliyev barəsində məhkəmənin qərarı ilə həbs, Süleyman Əliyev barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Aia.az
Bölgə müxbiri Sübhan Məmmədov
Geri dön