Ana Sayfa > Manşet / Gündəm > İlham Əliyev və Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

İlham Əliyev və Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər


2-05-2023, 16:35. Yazar: sevinc1
İlham Əliyev və Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər ediblər.

aia.az xəbər verir ki, dövlətimizin başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar.

Daha sonra dövlətimizin başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.

aia.az
Geri dön