Ana Sayfa > Özəl > Xaçmaz rayonunda yeni fındıq emalı fabriki inşa olunub
Xaçmaz rayonunda yeni fındıq emalı fabriki inşa olunub1-05-2023, 17:55. Yazar: sevinc1 |
Azərbaycanda böyük ixrac potensialı olan aqrar sahələrdən biri də fındıqçılıqdır. Ölkədə müasir üsullardan istifadə etməklə fındıq istehsalının artırılması, məhsulun yeni bazarlara çıxarılması məqsədilə tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərdən biri də yeni texnologiyalar əsasında fəaliyyət göstərən fındıq emalı müəssisələrinin yaradılmasıdır. “AZNUTS” MMC-nin Xaçmaz rayonunun Xudat şəhərində tikilmiş fındıq emalı zavodu da belə müəssisələrdəndir. İldə 2,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 200 nəfər daimi işlə təmin olunacaq. İnvestisiya dəyəri 2,7 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yeni müəssisədə yaradılan şəraitlə tanış olub. Sahibkarlarla səmimi söhbət zamanı Xaçmaz rayonunda yeni fındıq bağlarının salınması və emal müəssisəsinin yaradılması istiqamətində nəzərdə tutulan tədbirlərdən danışıb. Sahibkarlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Aia.az Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov Geri dön |