Ana Sayfa > Özəl > Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır

Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır


1-05-2023, 17:04. Yazar: sevinc1
Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır

 Azərbaycan Respublikası Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında çox mühüm rol oynamaqdadır. Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji layihələri ölkəmizi özünəməxsus iqtisadi modelə malik dövlət kimi səciyyələndirir. Azərbaycanla Bolqarıstan arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Aprelin 25-də Sofiyada Prezident İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşündə toxunulan məsələlər bunu bir daha sübut edir. 
Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin Müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqəsinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. Eyni zamanda “Əsrin Müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyində mövqeyini daha da möhkəmləndirdi. Azərbaycanın milli təhlükəsizliyi onun dünya və region dövlətləri, habelə beynəlxalq təşkilatlarla balanslaşdırılmış strateji xətt yeritməsini zərurətə çevirdi. Ümumilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının xarici siyasət prioritetlərindən bəhs edərək qeyd edirdi ki, dəyişən dünyamızda Azərbaycanın siyasi missiyası dost və tərəfdaş axtarışına, blok və ittifaqların çoxvariantllığına yönəlmişdir. Bu, Azərbaycanın dünya dövlətləri ailəsində statusunu, suverenliyini möhkəmləndirəcək, həm də müxtəlif dövlətlərlə yaxınlaşmasına kömək edəcəkdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər. Azərbaycan dövlətinin başçısı İlham Əliyev mərasimdə çıxış edib. Çıxış zamanı cənab prezident qeyd edib ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, həm də əsl dost ölkələrdir. Prezident keçirilən bu mühüm mərasimin əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm bir addım olacağını vurğulayıb. Eyni zamanda İlham Əliyev imzalanmış Anlaşma Memorandumu haqqında fikrini bildirərək qeyd etdi ki, bu memorandum icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyi birmənalı olaraq güclənəcək və Azərbaycan üçün Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Cənab Prezident İlham Əliyev həm də vurğuladı ki, Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır.
Mərasimdə Prezident İlham Əliyev çıxış edərək deyib ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. “Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var”, – deyə dövlətimizin başçısı əlavə edib.Qeyd edək ki, “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması ölkəmizn enerji sahəsində beynəlxalq əməkdaşlığının növbəti uğurudur. Bu, bir daha Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq.Enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm addımdır.Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir.Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır.

Anar Məmmədov,
YAP Gədəbəy ryon təşkilatının məsul əməkdaşı
Geri dön