Ana Sayfa > Ölkə > Gədəbəy rayonunda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar tədbir kiçirilib
Gədəbəy rayonunda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar tədbir kiçirilib1-05-2023, 16:02. Yazar: sevinc1 |
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq Gədəbəy rayon Heydər Əliyev Mərkəzində YAP Gədəbəy rayon təşkilatının,Gədəbəy rayon İcra Hakimiyyətinin və Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev fenomeni və Milli Mədəniyyətimiz” adlı tədbir keçirildi. İlk öncə “Heydər Əliyev Azərbaycan Mədəniyətinin banisi” adlı film izlənildi. Daha sonra tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov açdı. Azərbaycan Respublikasının dövlət himni səsləndi.Ulu öndərin və Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev öz çıxışında Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışdı.Daha sonra mövzu ətrafında Rayon Ağsaqqallar şurasının sədri Kərəm Məmmədov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Qədir Bağırov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Sevər Tağıyeva və Şəhər Kitabxana filialının direktoru Bəhman İsgəndərov danışdı. Geri dön |