Ana Sayfa > Özəl > Azərbaycanlı alim beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib
Azərbaycanlı alim beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib1-05-2023, 15:27. Yazar: sevinc1 |
Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Fiziki - kimyəvi analiz şöbəsinin aparıcı еlmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Nazimhikmət Bektaşi Science Publishing Group (SciencePG) nəşriyyatında dərc olunan Modern Chemistry jurnalının redaksiya heyətinin üzvü seçilib. SciencePG nəşriyyatı Modern Chemistry jurnalı da daxil olmaqla müxtəlif akademik fənnləri əhatə edən 320-dən artıq açıq girişli jurnalı dərc edən müstəqil beynəlxalq nəşriyyatdır. 2013-cü ildən dərc olunan jurnal öz əhatə dairəsinə görə çox geniş olub, dünyanın 210-dan artıq ölkəsində kimyanın bütün sahələrində çalışan tədqiqatçılar, alimlər və mühəndislər arasında sürətli ünsiyyət və əlaqələrin qurulmasına təşviq etmək məqsədi daşıyır. Müasir kimyanın nəzəri və praktiki tədqiqat nəticələrini bu sahədə fəaliyyət göstərən tədqiqatçılara çatdıran jurnal elmin inkişafında əhəmiyyətli rol oynayır. Qeyd edək ki, alim dünyanın aparıcı tədqiqatçılarından ibarət redaksiya heyətinin yeganə Azərbaycanlı üzvüdür. Geri dön |