Ana Sayfa > Özəl / Təhsil > ADİU-nun nəzdində üç kollec “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” adlı konfrans keçirdilər
ADİU-nun nəzdində üç kollec “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” adlı konfrans keçirdilər28-04-2023, 17:53. Yazar: sevinc1 |
aia.az xəbər verir ki, aprelin 28-də Elm və Təhsil Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universtetini rektorunun “Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili”elan edilməsi ilə bağlı təsdiq etdikləri Tədbirlər Planına uyğun olaraq ADİU-nun nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci, Sosial-İqtisadi Kollec və Qida Sənayesi Kolleci birgə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” adlı Konfrans keçirilib. İlk olaraq konfrans iştirakçıları ADİU-nun nəzdində Sosial-İqtisad Kollecinin dəhlizində tələbələrin Ulu Öndərə həsr etdikləri əl işləri ilə tanış olublar. Konfrans öz işini ümümilli lider Heydər Əliyevin və onun xanımı, mərhum alim-oftomotoloq Zərifə xanım Əliyevanın, Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. ADİU-nun nəzdində Sosial-İqtisadi Kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək Konfrans iştirakçılarını salamlayıb. Sonra Konfransda iştirak edən Sabunçu rayon icra hakimiyyətinin şöbə müdiri Ədalət Teymurov, ADİU-nun nəzdində Qida Sənayesi Kollecinin direktoru professor Vilayət İsmayılov, ADAİU-nun nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktor müavini Kərim Kərimov, Sabunçu rayon gənclər və idman idarəsinin rəis müavini Rakif Məmmədov və UNEC rektorunun kolleclər üzrə nümayəndəsi,dossent Nuru Mikayılov çıxış edərək Azərbaycanın memarı və qurucusu Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu xüsusi vurğuladılar. Konfransda ADİU-nun nəzdində Sosial-İqtisadi Kollecdən iqtisadiyyat üzrə elmlər doktor Nazim Cahangirov “Heydər Əliyev Azərbaycanın İqtisadi inkişaf strategiyasının banisi kimi”, ADİU-nun nəzdində Qida Sənayesi Kolleciindən Səba Məmmədovanın “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, ADİU-nun nəzdində Maliyyə-İqtisad Kolleciindən Nəzakət Quliyevanın “Heydər Əliyev irsi: müasirlik, müstəqillik və dövlətçilik” mövzusunda movzuları dinlənildi. Tələbələrdən ADİU-nun nəzdində Maliyyə-İqtisad Kollecindən Aytən Qənbərzadənin “Heydər Əliyev və vergi siyasəti”, Fatimə Həsənzadənin “Azərbaycan audit xidmətinin yaranmasında Heydər Əliyevin rolu”, Qida Sənayesi Kolleciindən Albert Vəliyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, Sevda Əmrahovanın “Heydər Əliyev və Əsrin müqaviləsi”, Sosial-İqtisadi Kollecindən Aynur Abıyevanın “İşğaldan azad olunmuş torpaqların iqtisadi potensialı” və Rasim Kazımovun “Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan İqtisadiyyatının inkişaf istiqamətləri”mühazirələri dinlənilmişdir. Sonda Konfrans bədii hissə ilə işini davam etdirib. Geri dön |