Ana Sayfa > Özəl > Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı 100 ədəd çinar ağacı əkilib
Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı 100 ədəd çinar ağacı əkilib28-04-2023, 14:21. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ölkənin hər yerində olduğu kimi Gəncədə də silsilə tədbirlər davam etdirilir. aia.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Kəpəz Bələdiyyəsinin təşkilatçılığı ilə müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, icra aparatının, Kəpəz Bələdiyyəsinin, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, eyni zamanda könüllülər iştirak ediblər. Nizami Gəncəvi Məqbərəsinin ətrafında təşkil olunan ağacəkmə aksiyası zamanı 100 ədəd Xan çinarı əkilib. Gəncə şəhər İH-dən aia.az-a bildirilib ki, ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir. Azər Tağızadə Geri dön |