Ana Sayfa > Gündəm > Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri keçdi

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri keçdi


28-04-2023, 10:34. Yazar: sevinc1
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri keçdi

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

aia.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, sülhməramlılara məxsus daha 5 avtomobilin Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət etməsinə şərait yaradılıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 33-ə çatıb.

aia.az
Geri dön