Ana Sayfa > Özəl > Bu gün Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır

Bu gün Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır


28-04-2023, 08:42. Yazar: sevinc1
Bu gün Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır

Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Prezident İlham Əliyevin mərasimdəki çıxışı diqqət mərkəzində idi.
“Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq.” Dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində söylədiyi bu fikirlər ölkəmizin etibarlı tərəfdaş, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələr verən dövlət kimi mövqeyinin möhkəmlənməsinin təqdimatıdır. Cənab İlham Əliyev onu da əlavə etmişdir ki, bu gün Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Dünyanın da şahidlik etdiyi bir Anlaşma Memorandumu imzalandı. Azərbaycan Prezidenti bunu enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində çox mühüm addım kimi dəyərləndirdi. İndi Azərbaycanın təbii qaz təchizatının coğrafiyası genişlənəcək. Prezidentin də qeyd etdiyi kimi, “Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir”. Necə deyərlər, dövlətimiz, xalqımız üçün uğurlu olsun”.
Cənab İlham Əliyev belə bir əminliyi diqqətə çatdırdı ki, Azərbaycanın qaz təchizatının coğrafiyasını ən azı 10 ölkəyə qədər genişləndirəcəyik: “Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq”. Ölkə Prezidenti bu məqamı xüsusi qeyd etdi ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir. Yunanıstan ilə Bolqarıstan arasındakı interkonnektor Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Bir ay əvvəl Prezident Radevin Azərbaycanda qonaq olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, bu, həqiqətən ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön