Ana Sayfa > Seçki 2024 > Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” adlı tədbir keçirildi.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” adlı tədbir keçirildi.


27-04-2023, 23:25. Yazar: sevinc1
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” adlı tədbir keçirildi.

27 aprel 2023-cü il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” adlı dəyirmi masa keçirilmişdir.

Tədbirdə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Qumru Səlimova, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Siyəzən rayon İcra Hakimiyyətinin məsul işçisi Balabəy Balabəyov, Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova, Azərbaycan İnformasiya Agentliyinin Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov, Siyəzən rayon 1saylı məktəbin direktoru Nəcməddin Mürvətov, Siyəzən rayon 3saylı məktəbin direktoru Ülviyyə Muradova, Siyəzən rayon 5saylı məktəbin direktor müavini Xatirə Həsənova, Siyəzən rayon 4saylı məktəbin müəllimi Ləman Tağıyeva, Zirvə Ziyalılar Təşkilatının üzvü Günəş Hüseyn, rayon ziyalıları, idarə və müəssisələr və gənclər iştirak edirdi.
Tədbirdə öncə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dəyirmi masada çıxış edənlər bildirdilər ki, onu sanki tarixin həqiqətləri, zamanın reallıqları yetişdirib Azərbaycan xalqına göndərmişdi. 80 illik mənalı ömründə yalnız bir amal uğrunda çalışırdı – azadlığı, müstəqilliyi, sərvətləri tar-mar edilən Azərbaycan xalqı yolunda. Ulu öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolundan video nümayiş olundu.

Aia.az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov
Geri dön