Ana Sayfa > Gündəm > Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib

Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib


15-07-2016, 12:33. Yazar: admin


Bu il Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib.

Bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 12-si yerli, 29-u beynəlxalq axtarışa verilib.

Bu il axtarışda olanlardan 9-u daxili işlər orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Geri dön