Ana Sayfa > Özəl > Hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi,özünütəsdiqidir.

Hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi,özünütəsdiqidir.


27-04-2023, 17:25. Yazar: sevinc1
Hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi,özünütəsdiqidir.

“ Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.”
Hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi,özünütəsdiqidir. Ana dili Xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, dünyagörüşünü Özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ana dilinin böyük qayğıkeşi və Hamisi idi.Ulu Öndərin sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir”Maddəsinin daxil edilməsini xüsusi qeyd etmək lazımdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-Ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına “Dövlət dili” adlanan ayrıca maddə daxil edildi.Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai Elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan Və daim söz ehtiyatını zənginləşdirən bir dildir.Beləliklə, bütün bu deyilənlər müstəqil Azərbaycan Respublikasında ana dilinə dövlət səviyyəsində böyük diqqət və qayğı Göstərildiyini bir daha təsdiqləyir.Hələ sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan Dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev Tarixi faktlar gerçəkləşdirmişdi. Məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində o Dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə 1978-ci il Aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi yazılıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Ulu öndər Heydər Əliyevin milli dil quru­culuğu sahəsində gördüyü işlər həm miqyası, həm də Məzmunu etibarilə müqayisəsizdir.

Dadaşova Samirə Azad
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Geri dön