Ana Sayfa > Parlament > Azərbaycanda əməliyyat zamanı daha bir ana ölümü
Azərbaycanda əməliyyat zamanı daha bir ana ölümü15-07-2016, 12:22. Yazar: admin |
Ağsu rayonunda hamilə qadın dünyasını dəyişib. Aia.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Mirzəyeva Günel Əlipaşa qızının hamiləliyinin 22-ci həftəsində qəflətən halı pisləşib və onu təcili olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə aparıblar. Ana bətnindəki 5 aylıq uşağın ölmüş olduğu məlum olub və süni yolla doğuş edərək uşağı götürüblər. Həkimlərin səyinə baxmayaraq ananın da həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən Günel Mirzəyeva 3 ildir ki, ailəli idi və ilk övladını dünyaya gətirəcəkdi. Faktla bağlı araşdırma aparılır. Geri dön |