Ana Sayfa > Seçki 2024 > Azərbaycanlı nümayəndə heyəti ECOSOC #Youth2030 Forumunda iştirak edir

Azərbaycanlı nümayəndə heyəti ECOSOC #Youth2030 Forumunda iştirak edir


27-04-2023, 11:41. Yazar: sevinc1
Azərbaycanlı nümayəndə heyəti ECOSOC #Youth2030 Forumunda iştirak edir

NAYORA-nın sədri Azər Əliyev BMT-nin Baş qərargahı Nyu-York şəhərində keçirilən ECOSOC #Youth2030 Forumunda ölkəmizi təmsil edir.

300-dən çox gəncin iştirakı ilə 3 gün müddətində davam edəcək Forumun məqsədi Dayanıqlı İnkişaf Məqsədləri Zirvəsi ərəfəsində Dayanıqlı İnkişaf Məqsədlərinə irəliləyişi sürətləndirən və innovativ həlləri təşviq edən məsələləri müzakirə etməkdir. Məlumat üçün vurğulayaq ki, NAYORA 1998-ci ildən Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) Məşvərətçi statusta malikdir.

25-27 aprel tarixlərini əhatə edəcək tədbir plenar iclaslar və regional əsaslı müzakirələri özündə cəmləşdirir.

Qeyd edək ki, Forum çərçivəsində AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən onlayn müzakirə sessiyasında Azər Əliyev spiker qismində çıxış edərək NAYORA-nın fəaliyyəti, Azərbaycanda Dayanıqlı İnkişaf Məsqədlərinin təbliği, həyata keçirilən “Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Naminə”, “Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması” layihələri haqqında ümumi məlumatlar vermişdir.

Həmçinin, Qoşulmama Hərəkatı ölkələrində COVID-19-un gənclərə təsiri, Qoşulmama Hərəkatı gənclərinin bərpa və davamlılıqda rolu kimi məsələlər də müzakirə olunub. Hər iki sessiya iştirakçıların ünvanladıqları sualların cavablandırılması, ümumi fikir mübadiləsi formatında davam edib.

Geri dön