Ana Sayfa > Ölkə > Azərbaycanın iqtisadi inkişafı Ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsidir
Azərbaycanın iqtisadi inkişafı Ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsidir27-04-2023, 09:36. Yazar: sevinc1 |
Dünya şöhrətli müdrik və uzaqgörən siyasətçi ötən əsrin və yaşadığımız XXI əsrin nadir şəxsiyyətlərindən olan ümummilli liderimiz Heydər Əliyev çoxcəhətli titanik, bəşəri, beynəlxalq aləmdə əks-səda doğuran siyasi- ictimai fəaliyyətini təhlil etmək, açıqlamaq bir məqaləyə sığmazdır. Həqiqətən biz tarixə nəzər salarkən məhz Heydər Əliyev kimi unversal siyasətçilərin nə qədər az olduğunu anlayırıq. Biz Heydər Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu onun ideyası olan və düzgün işlənib hazırlanmış “Dövlət Neft Strategiyası” adlı siyasətində bir daha şahidi oluruq. Məhz bu gün Azərbaycanın iqtisadi inkişafı Heydər Əliyevin düzgün olaraq həyata keçirdiyi siyasətin bəhrəsidir. Bu gün Azərbaycan istər siyasi, istər hərbi, istər iqtisadi gücünə görə, region ölkələri arasında liderdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin taleyi elə gətirmişdir ki, bir-birindən ciddi surətdə fərqlənən iki sistemin: Sosializm və demokratik cəmiyyət şəraitində ölkənin idarəçiliyinə başçılıq etmişdir. Bu gün isə Azərbaycanın dövlət idarəçiliyi xeyli inkişaf etmişdir. Ümummilli liderimiz Heydər Əliyev hər iki cəmiyyətdə Azərbaycanı müflisləşmiş halda, böhrana düşdüyü vəziyyətdə qəbul etmişdi. Bir-birindən köklü surətdə fərqlənən hər iki sistemdə ümummilli lider Heydər Əliyev böyük zəka və idarəçilik məharəti ilə Azərbaycanı qurtarmış və irəliyə doğru aparmışdır. Məhz Heydər Əliyev demokratik, müstəqil, dünyəvi və unitar Azərbaycanda böyük siyasi və sosial-iqtisadi uğurlara nail olmuşdur. Həqiqətən Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən keçirdiyi bir sıra islahatlar və tədbirlər özünü bu gün də biruzə verir. Onun idarəçilik məharəti bu islahatların düzgün aparıldığına bir dəlildir. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Heydər Əliyev başa düşürdü ki, bu problemlər öz həllini tapmasa, Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etməsi üçün bir sıra islahatlar keçirdi. Ölkədə iş yerlərinin çoxu bağlanmış, işsizlərin sayı artmışdı. Müharibə nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması böhranı aradan qaldırmağa mane olurdu. Ulu öndər 1994-cü il iyunun 21-də respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəkinitqində belə demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla, çox sıx əlaqədə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni, iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir". 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Heydər Əliyevin özünün də vurğuladığı kimi, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar”. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlanan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir. Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi. Heydər Əliyev həm də, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu. Azərbaycan neftinin təmiz halda “Azəri light” markası ilə dünya bazarına çıxarılması oldu. Heydər Əliyevin neft sahəsində ən böyük uğuru BTC lahiyəsi oldu. Ulu Öndər Heydər Əliyev “Əsrin müqavilə”si ilə neft strategiyasının inkişafının təməlini qoysa da, BakıTbilisi-Ceyhan lahiyəsi ilə bu uğuru davam etdirdi. Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, geniş miqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına ixracinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli BakıTbilisi-Ceyhan əsas boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirildi və aparılan danışıqlar uğurla nəticələndi.Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də Azərbaycanda yaxın illər ərzində sosial -iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq mexanizminin əsasını qoyması, onu bütün ölkə boyu işlək mexanizmə çevirmək üçün qanunvericilik bazasını yaratması və ölkədə yeni yaranmağa başlayan sahibkarlar sinfinin formalaşmasında şəxsən iştirak etməsi olmuşdur. Bu işdə dövlət başçısının qətiyyəti sayəsində ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verməsi xüsusilə mühüm rol oynamışdır. Aqrar sektorun bazar prinsipləri əsasında qurulması ilə bağlı islahatların həyata keçirilməsinə başlanıldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında MDB-də ilk olaraq 1995-ci ildən başlanan aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın özəlləşdirilməsi kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı. Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı nəticəsində 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylandı, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradıldı. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində bu gün aqrar bölmədə özəl sektorun xüsusi çəkisi demək olar ki, 100 faizə çatmışdır. Məhz bu gün, siyasi və iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişaf edən Azərbaycanın nailiyyətləri məhz Heydər Əliyev siyasətinin, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu inkişaf kursu Azərbaycanı daha böyük zəfərlərə, möhtəşəm qələbələrə aparır. Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |