Ana Sayfa > Özəl > REGİONLARDA APARILAN SOSİAL-İQTISADİ İSLAHATLARDA MƏQSƏD VƏTƏNDAŞ MƏMNUNLUĞUNU ARTIRMAQDIR
REGİONLARDA APARILAN SOSİAL-İQTISADİ İSLAHATLARDA MƏQSƏD VƏTƏNDAŞ MƏMNUNLUĞUNU ARTIRMAQDIR26-04-2023, 08:44. Yazar: sevinc1 |
Bu günlərdə Neftçala və Salyan rayonlarında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə sosial-iqtisadi obyektlərin istifadəyə verilməsi göstərdi ki, Milli Prioritetlərdən irəli gələn vəzifələr yerinə yetirilir. Neftçalada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Olimpiya İdman Kompleksinin, Neftçala- Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, Bankə qəsəbəsində inşa edilən məktəbin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva obyektlərdə yaradılan şəraitlə də tanış olublar. Dövlət başçımıza 115 nəfərin çalışdığı Yenikənd kəndindəki «Azerbaijan Fişh Farm» MMC-nin Nərə Damazlıq Təsərrüfatının istehsal imkanlarının artırılması üçün görülən işlər barədə məlumatlar verilib. Salyan rayonunda həyata keçirilən, müxtəlif sahələri əhatə edən quruculuq işləri sakinlərin rahat həyat tərzini daha da yaxşılaşdıracaq. «Azərişıq» ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin işə salınması ilə 33 min 331 abonentə xidmət göstəriləcək. Respublika üzrə 25-ci «ASAN xidmət»in bu rayonda açılması ilə sakinlərə 360 növdən artıq xidmət göstəriləcək. Burada 205 əməkdaş, 45 könüllü işlə təmin olunacaq. Hər iki rayonda istifadəyə verilən obyektlər ölkə iqtisadiyyatının dinamik inkişafının, dövlətin sosial islahatlarının uğurlu həllinin göstəriciləridir. Salyan rayonunda olarkən bu uğurları Azərbaycan Televiziyasına müsahibəsində də qeyd edən Prezident İlham Əliyev ölkə miqyasında davam etdirilən quruculuq işlərini vətəndaşlara göstərilən dövlət qayğısı adlandırıb. Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq da xoş təəssürat yaradıb. Hazırda ölkə üzrə dördüncü Dövlət Proqramının icra olunduğunu diqqətə çatdıran dövlət başçımızın vurğuladığı kimi, bölgələrdə genişmiqyaslı quruculuq işləri davam etdirilir. « Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir» söyləməklə respublikada miqyası genişlənən ölkəmizin brendi və intellektual məhsulun ixracı olan, beynəlxalq səviyyədə maraq doğuran «ASAN xidmət» şəbəkəsinin bölgələri əhatə etməsini regionlarda yaşayan vətəndaşların rahatlığının təminatı kimi dəyərləndirdi: «Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk.» Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Göstərilən qətiyyət, yeniliyə ünvanlanan, ölkə vətəndaşları tərəfindən dəstəklənən siyasət nəticəsində ölkəmiz nəhəng enerji-nəqliyyat layihələrinin müəllifi olmaqla dinamik inkişaf sahəsində də dünya birliyində nümunə göstəriləcək uğurlu inkişaf yolunu davam etdirir. Bayram Həsənəli oğlu YAP Qaradağ rayon təşkilatının fəalı Geri dön |