Ana Sayfa > Siyasət > Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq -

Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq -


25-04-2023, 11:52. Yazar: sevinc1
Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq -

Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib.

aia.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova tapşırıq verib. “Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram”, - deyə o qeyd edib.

Deputatlar da sədrin tapşırığını dəstəkləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl deputat Vahid Əhmədov internet televiziyalarından birinə müsahibə verib. Onun Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların etirazına səbəb olub.

aia.az
Geri dön