Ana Sayfa > İqtisadiyyat > Masallıda torpaq kanallarda lildən təmizlənmə işləri aparılır, kanallara beton üzlüklər vurulur
Masallıda torpaq kanallarda lildən təmizlənmə işləri aparılır, kanallara beton üzlüklər vurulur25-04-2023, 09:48. Yazar: sevinc1 |
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov aia.az-a bildirib ki, 46 milyon kubametr həcmində olan Viləşçay su anbarında hal – hazırda 38 milyon kubametr su yığılıb. Buna səbəb bu il yağışların, sel sularının olmamasıdır. Viləşçay su anbarı məcra tipli anbar olduğundan bura su Viləş çayından və Motal çaydan daxil olur. Masallı rayonunda Viləşçay su istismar idarəsi tərəfindən 10 min 131 hektar əkin sahəsi suvarma suyu verilir. Bunun 9 min 982 ha Viləşçay su anbarı vasitəsilə, qalanı isə Babaser və kiçik sututarlar, subartizianlar vasitəsilə təmin olunur. Rayonun Xırmandalı kəndində 60 – cı illərdən bağlı olan “Salyan yolu” adlanan ərazidən 10 km uzunluğunda açıq torpaq kanalı qazılır. Bu kanlal vasitəsi alternativ su mənbəyi kimi istifadə olunacaq. Hal – hazırda Viləşçay su anbar istismar idarəsinin texnikaları vasitəsilə lildən təmizlənmə işləri aparılır. Burada suyun gəlişi, kəndin əkin sahələrində və heyvandarlığın inkişafında çox rolu olmağı gözlənilir. İşlərin bir həftə, 10 gün ərzində başa çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, Viləşçay su anbarının balansında olan 3 nömrəli qapalı diametri 1020 mm – lik boru kəmərində metal boru kəmərində 700 m uzunluğunda əsaslı təmir işləri aparılmış və ya yenisi ilə əvəz edilmişdir. Qapalı şəbəkənin 250 – 300 hektar əkin sahəsində cari təmir işləri yekunlaşıb və köhnə borular yeni borularla əvəz olunub. 438 km açıq torpaq kanallardan, bu ilin birinci rübündə 53 km – i lildən təmizlənərək, qazılıb, əhalinin istifadəsinə verilmişdir. Geri dön |