Ana Sayfa > Manşet / Siyasət / Özəl / İdman > AQGF prezidenti Cəsarət Əhmədovun bütün nümayəndələrə, məşqçilərə, həvəskar və peəşəkar idmançılara müraciəti
AQGF prezidenti Cəsarət Əhmədovun bütün nümayəndələrə, məşqçilərə, həvəskar və peəşəkar idmançılara müraciəti24-04-2023, 14:28. Yazar: sevinc1 |
Əziz idmançılar, dəyərli dostlar! Bilirsiniz ki, aprelin 29-30-u tarixlərində keçiriləcək Qol güləşi üzrə ümumrespublika turnirinə cəmi bir neçə gün qalıb. Artıq bizim sifariş etdiyimiz xüsusi medallar da hazırdır və bu günlərdə ölkəyə gətiriləcək. Bu turnir əlbəttə ki, indiyədək keçirdiyimiz bütün digər yarışlardan daha üstün və dəyərli olacaq. Çünki, bu yarış müasir müstəqil Azərbaycanımızın qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Məhz buna görə də mən istəyirəm ki, bütün həvəskar və peəşəkar idmançılar bu mötəbər turnirdə öz güclərini sınasınlar və hər biri bir tarix yazsınlar. Xüsusi olaraq bütün rayon və bölgələrimizdə fəaliyyət göstərən nümayəndələrimizdən və məşqçilərdən xahiş edirəm ki, idmançıların ümumrespublika turnirində iştiraklarını təmin etsinlər. Həmçinin xatırladıram ki, turnirdə fiziki imkanları məhdud idmançılar da xüsusi kateqoriyada, 3 çəki dərəcəsində iştirak edə biləcəklər. Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, yarışa 90+ kq çəki dərəcəsinin daxil edilməsində əsas məqsəd Avropa və dünya çempionatlarında ağır çəkidə ölkəmizin yalnız yüksək nəticələr əldə edə biləcək güclü idmançılarla təmsil olunmasını təmin etməkdir. Əziz dostlar, siz də bilirsiniz ki, insan ömrü çox qısadır və həyatı mənasız dartışmalarda keçirməyə dəyməz. Təəssüflər olsun ki, bizim bəzi idmançılarımız hərdən kimlərinsə təsiri altına düşməyə meyilli olurlar. Lakin onlar da bütün digər idmançılarımız kimi, bilirlər ki, Azərbaycan Qol Güləşi Federasiyasının rəhbəri nə qədər dürüst və ləyaqətli bir insandır. Biz 15 il ərzində böyük bir yol keçərək bugünkü səviyyəmizə çatmışıq və bizi öz yolumuzdan kimsə döndərə bilməz. Çünki bizim yolumuz Allahın buyurduğu yoldur, haqq yoludur, Ulu Öndərimizin yoludur. Mən hər zaman demişəm və indi də deyirəm ki, bizim bu yolumuz yalnız birlikdən keçir. Buna görə də mən hətta nə vaxtsa bizə “daş atan” idmançılarımızı da bu turnirdə görmək istəyirəm. Əgər kiminsə də ürəyində kin-küdurət varsa, onu dərhal silib atsın. Biz yalnız birlikdə olmalı, Vətənimiz və dövlətçiliyimiz naminə çalışmalıyıq. Əziz idmançılarımız, bilin ki, hər zaman böyük və güclü şəxsiyyətlərin ölümü bütün yaxşılıqların qıfılı, pisliklərin isə açarı olur. Cəsarət Əhmədov AQGF prezidenti, WAF prezidentinin müşaviri Geri dön |