Ana Sayfa > Özəl / Seçki 2024 > 3 Gündür Hər Kəs Onları Axtarır

3 Gündür Hər Kəs Onları Axtarır


22-04-2023, 19:14. Yazar: sevinc1
3 Gündür Hər Kəs Onları Axtarır

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb. Görüntülərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332) 5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Görən şəxslərdən bu barədə polisə və ya (055/070) 234-50-30 mobil nömrələrinə məlumat vermələri xahiş olunur.

Aia.az Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov
Geri dön