Ana Sayfa > Özəl > Şabranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, ölən var
Şabranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, ölən var20-04-2023, 20:31. Yazar: sevinc1 |
Çağırış ünvanından qayıdarkən hərəkətdə olan təcili tibbi yardım avtomobili VAZ-2107 markalı minik maşını ilə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda, təcili tibbi yardım avtomobilinin içərisində olan infarkt diaqnozu ilə xəstəxanaya aparılan 1955-ci il təvəllüdlü Məmmədov Rəfi Hüsi oğlu hadisə yerindəcə ölüb. İlkin ehtimala görə, qəzaya səbəb VAZ-2107 markalı maşınının sürət həddini aşması olub. Faktla bağlı araşdırma aparılır. Aia.az Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov Geri dön |