Ana Sayfa > Şou-biznes > Siğə üçün mobil tətbiqetmə

Siğə üçün mobil tətbiqetmə


14-07-2016, 11:02. Yazar: admin


İranda qeyr-adi nikah (siğə) bağlamaq forması meydana çıxıb.

Aia.az qafqazinfo-ya istinadən bildirir ki, "Telegram" adlı mobil mesajlaşma tətbiqində qruplar yaradılaraq orada müvəqqəti nikah bağlanır. Məlumata görə, sözügedən qruplarda şəxslər xüsusiyyətlərinə görə kateqoriyalara ayrılır. Qrupa üzv olanlar isə müvəqqəti nikahlanmaq istədiyi adamı həmin siyahıdan seçir.

Bildirilir ki, qrupa üzv olan kişilər üçün yaş həddi yoxdur və onlar nikah üçün 2-15 milyon riyal (təxminən 180-1200 manat) ödəniş etməlidir. Müvəqqəti nikah istəyən qadınlar isə qrupa üzv olmaq üçün şəxsiyyət məlumatlarını və xüsusiyyətlərini ifadə edən bir kağız doldurmaq məcburiyyətindədir.

Qeyd edilir ki, sözügedən qrup vasitəsilə 1 saatdan 99 ilə qədər nikah bağlamaq mümkündür
Geri dön