Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Prezident cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.”
Eltun Süleymanov: “Prezident cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.”20-04-2023, 12:21. Yazar: sevinc1 |
Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən Prezident cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Prezident cənab İlham Əliyev Ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çox şaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Bu günlərdə ölkə başçısının Neftçala və Salyan rayonlarına səfəri, bu rayonlarda fəaliyyət göstərən müəssisələrin işi ilə tanış olması, müvafiq tapşırıq və tövsiyələr verməsi gərgin iş qrafikinə baxmayaraq ölkədaxili vəziyyətlə şəxsən tanışlıq yuxarıda qeyd edilən məsələlərin həlli üçün əsas sayılır. Göründüyü kimi cənab Prezident xarici səfərlərlə yanaşı, ölkə regionlarında aparılan işlərlə də yaxından tanış olur, insanların firavan, rahat həyatı üçün infrastruktur layihələrin həyata keçirilməsi üçün işlərin həyata keçirilməsinə bilavasitə rəhbərlik edir. Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr mavini Eltun Süleymanov deyib. Müsahibimiz qeyd edib ki, “aprelin 18-də cənab Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə məhz bu məsələlərə toxunaraq dövlətin başlıca məqsədinin insanların firavan həyatına nail olmaqdır. Cənab Prezident müsahibəsində qeyd etdiyi kimi: “Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Eyni zamanda, infrastruktur layihələr – bu gün yolun açılışında iştirak etmişəm və iqtisadiyyatın real sektoru, o cümlədən iş yerləri ilə bağlı olan təşəbbüslərimiz, sənayeləşmə ilə bağlı olan təşəbbüslərimiz, ixracyönümlü məhsulların istehsalı ilə bağlı təşəbbüslərimiz, bütün bunlar yerinə yetirilir və bir daha ölkəmizin gücünü göstərir. Yenə də deyirəm, bugünkü səfər bir çox məqamlara aydınlıq gətirir.” Bu gün hər bir azərbaycanlı fəxr edə bilər ki, Azərbaycan intellekt ixracı sahəsində də önəmli addımlar atmaqdadır. Ölkə başçısı məhz “ASAN”xidmət brendinin Azərbaycana məxsus olduğunu və bu sahədə qazanılan uğurları xüsusi qeyd etmişdir: “...Həm gözəl “ASAN xidmət” mərkəzi, bu, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır və nəinki ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, onu da deməliyəm ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik.” Eltun Süleymanov qeyd etmişdir ki, bu gün Şərqi Zəngəzurda və Qarabağda aparılan bərpa-quruculuq işləri birbaşa cənab Prezidentin nəzarəti altında həyata keçirilir. Ölkə başçısı bu regionun dünyada fərqli bir modelə çevrilməsi üçün bütün qüvvələri səfərbər edib. Müzəffər Ali Baş Komandan işğaldan azad etdiyi bu ərazini abad, gözəl, cənnət bir diyara çevirmək istəyir. Bunu hər zaman ifadə edən ölkəmizin başçısının fərəhli simasından görmək olur. Vətənin düşmən tapdağından azad olunma sevincinə quruculuq işlərinin də sevinci qarışır. Cənab Prezident bu məsələyə dair suala aydınlıq gətirərkən bu sevinci duymamaq mümkün deyildi. “Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində. Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq”-deyən cənab Prezident bu fikirləri ilə Vətənə, doğma torpağa sevgisini, məhəbbətini ifadə edirdi.” Cənab Prezident erməni təxribatlarının, sülhə mane olmaq cəhdlərinin heç bir işə əngəl törədə bilməyəcəyini əminliklə qeyd edərək İrəvanda keçirilən çempionatda Türk qızlarının qələbəsini də eyni zamanda Azərbaycanın qələbəsi adlandıraraq onları bir daha təbrik etdi. Azərbaycan bayrağının bu gün ermənilərin istəyindən asılı olmayaraq Şuşada dalğalandığını bildirən ölkə başçısı bir daha bildirdi ki, kim Azərbaycanda yaşamaq istəyirsə başının üstündə bu bayrağı görəcək, görmək istəməyənlər üçün isə yol açıqdır; hara istəyirlər gedə bilərlər. Müsahibizim son olaraq bildirmişdir ki, “Ölkə başçısının regionlara mütəmadi səfərləri, infrastruktur layihələrinin həyata keçirilməsinə ciddi önəm verməsi, yaradıcı zəka sahiblərinin, intellektual, kreativ kadrların, gənc, qabiliyyətli insanların dövlətin lazımi diqqət və qayğısı ilə əhatə olunmasına diqqət ayırması xüsusi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcəkdir. Artıq demək olar ki, cənab Prezidentin bir neçə il əvvəl elan etdiyi məqsədlər reallaşmaq üzrədir. Bu da güclü Dövlət, güclü Xalq, güclü Lider deməkdir. Geri dön |