Ana Sayfa > İdman > Avropa Liqası:

Avropa Liqası:


20-04-2023, 09:50. Yazar: sevinc1
Avropa Liqası:

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

aia.az-ın məlumatına görə, bununla da yarımfinalın iştirakçıları bəlli olacaq.

Eyni saatda start götürəcək matçlarda İngiltərə “Mançester Yunayted”i İspaniyada “Sevilya”nın, İtaliya “Yuventus”u Portuqaliyada “Sportinq”in, Almaniya “Bayer”i Belçikada “Union”un, Niderland “Feyenoord”u isə İtaliyada “Roma”nın qonağı olacaq.

UEFA Avropa Liqası

1/4 final, cavab oyunları

20 aprel

23:00. “Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

İlk oyun - 2:2

23:00. “Sportinq” (Portuqaliya) - “Yuventus” (İtaliya)

İlk oyun - 0:1

23:00. “Union” (Belçika) - “Bayer” (Almaniya)

İlk oyun - 1:1

23:00. “Roma” (İtaliya) - “Feyenoord” (Niderland)

İlk oyun - 0:1

Qeyd edək ki, yarımfinalda “Sportinq” - “Yuventus” / “Sevilya” - “Mançester Yunayted” və “Roma” - “Feyenoord” / “Union” - “Bayer” cütünün qalibləri üz-üzə gələcəklər.

aia.az
Geri dön