Ana Sayfa > Manşet / İqtisadiyyat > Baş nazirdən büdcə gəlirləri ilə bağlı
Baş nazirdən büdcə gəlirləri ilə bağlı19-04-2023, 10:53. Yazar: sevinc1 |
Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarda dəyişiklik edib. aia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, büdcə gəlirlərinin təsnifatı aşağıdakı maddələr hesabına genişləndirilib: - Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı; - Azərbaycan Respublikasının ərazisinə idxal olunan dizel yanacağının hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı; - Azərbaycan Respublikasının ərazisinə idxal olunan maye qazın hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı; - Azərbaycan Respublikasının ərazisində istehsal olunan araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinə görə daxilolmalar; - Azərbaycan Respublikasının ərazisində istehsal olunan pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar; - Azərbaycan Respublikasının ərazisində istehsal olunan siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar; - Azərbaycan Respublikasının ərazisində istehsal olunan energetik içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar; - Azərbaycan Respublikasının ərazisinə idxal olunan araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinə görə daxilolmalar; - Azərbaycan Respublikasının ərazisinə idxal olunan pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar; - Azərbaycan Respublikasının ərazisinə idxal olunan siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar; - Azərbaycan Respublikasının ərazisinə idxal olunan energetik içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar; - “Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu”na daxilolmalar; - “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na daxilolmalar; - “Mineral-Xammal Bazasının Bərpası üzrə Dövlət Fondu”na daxilolmalar; - Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına daxilolmalar; - “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi Fondu”na daxilolmalar. aia.az Geri dön |