Ana Sayfa > Ölkə / Özəl > AMEA-DA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ SPARTAKİADANIN AÇILIŞI OLUB
AMEA-DA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ SPARTAKİADANIN AÇILIŞI OLUB18-04-2023, 14:50. Yazar: sevinc1 |
aia.az xəbər verir ki, aprelin 18-də AMEA-da Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol, stolüstü tennis və şahmat (qadın və kişilər arasında) yarışlarından ibarət Spartakiadanın açılışı olub. Açılışı mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Akademiyanın tabeliyində olan və əhatə etdiyi elmi müəssisə və təşkilatların baş direktorları, eləcə də futbol, stolüstü tennis, şahmat komandaları və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da ənənəvi olaraq keçirilən Spartakiadanın builki yarışları Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr edilib. “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə, o cümlədən Akademiyada genişmiqyaslı tədbirlərin, konfransların keçirildiyini, kitabların, monoqrafiyaların işıq üzü gördüyünü deyən akademik İsa Həbibbəyli mayın 1-də 8 ölkənin Akademiyasının rəhbərliyinin iştirakı ilə Ulu Öndərin 100 illiyinə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının baş tutacağını diqqətə çatdırıb. AMEA rəhbəri vurğulayıb ki, Ümummilli Liderə həsr edilmiş tədbirlər içərisində idman yarışları da xüsusi əhəmiyyət daşıyır və Heydər Əliyev Azərbaycan idmançılarının dünya idman arenasında özlayiqli yerini tutması, Olimpiya hərəkatında aktiv iştirak etmələri istiqamətində misilsiz xidmətlər göstərib. “Ölkəmizdə bütün sahələrdə inkişafa nail olmuş Prezident İlham Əliyev idman siyasətinə də xüsusi diqqət yetirir. Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti kimi ölkəmizdə idman hərakatına da liderlik edir, xüsusi qayğı göstərir. Azərbaycanın paytaxt və rayonlarında tikilən olimpiya mərkəzləri ölkəmizdə idmanın inkişafına meydan açıb. Beynəlxalq yarışlarda uğur qazanan idmançılarımız ölkə başçısı tərəfindən mütəmadi qəbul olunur. Prezident İlham Əliyev həm də Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtdırıb və müstəqillik illərində Bakıda Avropa və İslam oyunları kimi iki böyük yarışların keçirilməsi bunun isbatıdır”, - deyə akademik İsa Həbibbəyli bildirib. AMEA prezidenti qeyd edib ki, bu günlərdə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması və idmançılarımıza qarşı göstərilən xoşagəlməz hal Ermənistanın təcavüzkar, terrorçu və faşist dövlət olduğunun sübutudur: “Bakıda keçirilən Avropa oyunlarında erməni idmançıların təhlükəsizliyi tam təmin olunmuşdu və yer tutan erməni idmançılara medallarını Azərbaycan Prezidenti şəxsən təqdim etmişdi. Bu, İlham Əliyev ucalığı, Azərbaycan dövlətinin, rəhbərliyinin tolerantlığının nümunəsi idi. Ermənistandakı hadisə isə insanlıqdan uzaq bir hadisədir və bunu qətiyyətlə pisləyirik”. Akademik çıxışının sonunda vurğulayıb ki, bu gün Azərbaycan dövləti Ulu Öndərin atdığı təməllər üzərində Prezident İlham Əliyevin liderliyində gələcəyə doğru inamla irəliləyir, inkişaf edir. AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov (müsahibə aldığınız şəxs) çıxışında bildirib ki, hər il Akademiyada Ulu Öndərə həsr olunmuş institutlararası futbol çempionatı keçirilir, 2 ildən bir isə Spartakiada yarışları baş tutur. O qeyd edib ki, builki Spartakiadanın “Heydər Əliyev İli”nə təsadüf etməsi şərəfli və qürurverici haldır. Spartakiada Akademiyanın tabeliyində olan və əhatə etdiyi elmi müəssisə və təşkilatların daim aktiv iştirak etdiyini deyən Habil Qurbanov cari futbol, stolüstü tennis və şahmat (qadın və kişilər arasında) yarışlarına ümumilikdə 15 təşkilatların qatıldığını diqqətə çatdırıb. Spartakiadanın təşkilində göstərdiklərinə köməyə görə AMEA rəhbərliyinə və müəssisələrin həmkarlar təşkilatlarının sədrlərinə minnətdarlığını bildirən professor Habil Qurbanov turnir üçün lazımi şəraitin yaradıldığını vurğulayıb və komandalara uğurlar arzulayıb. AMEA-nın müxbir İslam Mustafayev də çıxışında ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan bəhs edib, Spartakiadada iştirak edən komandalara uğurlar diləyib. Daha sonra Geologiya və Geofizika İnstitutunun və Yüksək Texnologiyalar Parkının futbol komandalarının oyunu ilə Spartakiadaya start verilib. Geri dön |