Ana Sayfa > Gündəm > Nəqliyyat sektorunda DƏYİŞİKLİK
Nəqliyyat sektorunda DƏYİŞİKLİK13-07-2016, 15:12. Yazar: admin |
"Bakıda hər bir marşrut xətti üçün nəzərdə tutulan dispetçer xidməti ləğv olunacaq". Milli.Az bildirir ki, bunu report-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, artıq paytaxtda bu cür xidmət mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək: "Hazırda dispetçer xidməti göstərən şəxslərin avtobuslara sərnişin topladıqları məlumdur. Lakin tezliklə yekunlaşacaq Bakının Vahid Nəqliyyat Konsepsiyasında bu cür xidmət növü artıq mövcud olmayacaq, yəni hər daşıyıcının öz dispetçeri olmayacaq. Artıq bütün marşrut xətləri üzrə Bakı Nəqliyyat Agentliyi tərəfindən idarə olunan və ona tabe olan xidmət fəaliyyət göstərəcək". Qeyd edək ki, Bakıda yaradılan Nəqliyyat Mübadilə Mərkəzlərində də belə dispetçer xidmətləri fəaliyyət göstərəcək. Geri dön |