Ana Sayfa > Seçki 2024 > Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib


17-04-2023, 21:39. Yazar: sevinc1
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı  növbəti səyyar qəbul keçirib

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib.
Aprelin 17-si Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Qərəh kənd bulağının yanında, açıq havada, Qərəh kənd sakinləri ilə keçirib.
Qəbulda çıxış edən rayon rəhbəri vətəndaşlarla görüş ölkə Prezidenti cənab İlham Əliyevin əhali ilə daima təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirildiyini qeyd etmişdir. Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələ isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.

Aia.az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov
Geri dön