Ana Sayfa > Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Ölkə başçısının ardıcıl səfərləri, mahir siyasi idarəetməsi, diplomatik bacarığı nəticəsində bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də dünyada nüfuz sahibidir.
Eltun Süleymanov: “Ölkə başçısının ardıcıl səfərləri, mahir siyasi idarəetməsi, diplomatik bacarığı nəticəsində bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də dünyada nüfuz sahibidir.17-04-2023, 08:39. Yazar: sevinc1 |
Azərbaycanla Bosniya və Herseqovina arasında əlaqələr uzun illər əvvələ - hələ keçmiş Sovet İttifaqının və Yuqoslaviyanın mövcud olduğu vaxtlara təsadüf edir. Belə ki, o vaxt -1972-ci ildə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanıb və o zamandan bəri bu iki şəhər qardaş şəhərlər hesab olunur. Bu, ölkələrimiz arasındakı əlaqələrin hansı köklərə malik olduğunu göstərir. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə bir-birini dəstəkləyib və bu, bu gün də davam edir. Dövlətimizin başçısı İlham Əliyevin də bununla bağlı dediyi kimi: “Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq”. Əlbəttə ki, Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı onun maraqlarını birmənalı şəkildə dəstəkləyib.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz qeyd edib ki, ölkə başçısının son dövrlərdə həyata keçirdiyi xarici siyasət ölkəmizin Avropaya inteqrasiya olunmasında, xüsusən Avropanın enerji təıhlükəsizliyi sahəsində mühüm əhəmiyyətə malikdir. Avropa ölkələri ilə müttəfiqlik münasibətlərinin qurulması, qarşılıqlı iqtisadi əməkdaşlıq indiki geosiyasi vəziyyətdə çox mühümdür. Prezident İlham Əliyevin bu səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başladığını təsdiqləyir. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, keçirilən görüş və müzakirələrin əhatəliliyi hər iki ölkə üçün yeni imkanlar açır. Azərbaycan ilə Bosniya və Herseqovinanın arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək əməkdaşlığımızın inkişaf istiqamətlərini göstərir. İqtisadi sahədə daha məqsədyönlü layihələrin həyata keçirilməsi, işlərin görülməsi üçün Birgə İqtisadi Komissiyanın, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması qərarı qısa müddət ərzində bu istiqamətdə praktiki addımların atılmasına hesablanıb. Eltun Süleymanov daha sonra qeyd edib ki, bu səfər həm də energetika sahəsində çox geniş imkanlar yaradır. Cənub Qaz Dəhlizinin şaxələndirilməsi ilə bağlı planlar hər iki ölkənin, xüsusilə Bosniya və Herseqovinanın maraqlarına uyğundur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu xüsusda əməkdaşlığın vacibliyini qeyd etmişdir: “Eyni zamanda, energetika sahəsində çox geniş imkanlar vardır. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir. Bununla bərabər, hidroenergetika, eyni zamanda, bərpaolunan digər enerji növləri üzrə birgə araşdırmalar aparılacaq. Əminəm ki, bu istiqamətdə də ciddi addımların atılması mümkün olacaq. Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur və əlbəttə ki, Bosniya və Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır.” Mədəni sahədə əməkdaşlığın vacibliyini qeyd edən cənab Prezident bu sahədə gələcək fəaliyyətin uzlaşdırılmasını və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır: “Biz bu gün söhbət zamanı, həmçinin mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi apardıq, bizim təcrübəmizi bölüşdük. Hesab edirəm ki, bu istiqamətdə də birgə fəaliyyətin böyük önəmi ola bilər. Həm Bosniya və Herseqovina, həm Azərbaycan çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir. Burada da fikir mübadiləsi, təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.” Eltun Süleymanov sonda vurğulayıb ki, ölkə başçısının ardıcıl səfərləri, mahir siyasi idarəetməsi, diplomatik bacarığı nəticəsində bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də dünyada nüfuz sahibidir. Geri dön |