Ana Sayfa > Özəl > Siyəzən Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirilmişdir

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirilmişdir


14-04-2023, 19:49. Yazar: sevinc1
Siyəzən Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirilmişdir

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov növbəti səyyar qəbul-görüşü Tuğay kənd ümumi orta məktəbin binasında Tuğay kənd sakinləri ilə keçirib.
Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanları və rayon sakinləri iştirak etmişlər.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək sakinləri salamlamış, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, Respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Daha sonra Siyəzən RİH-nin başçısı cənab Novruz Novruzov sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Məsələlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verən rayon rəhbəri müsbət həll üçün bütün mümkün tədbirlərin görüləcəyini bildirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.

Aia.az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov
Geri dön