Ana Sayfa > Özəl > Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir
Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir14-04-2023, 18:29. Yazar: sevinc1 |
Azərbaycan-Qazaxıstan qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Gələcəkdə əlaqələrimiz daha da möhkəmlənəcək, daha böyük inkişafa doğru addımlar atılacaq. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı bildirib.Dövlət başçısı vurğulayıb ki, humanitar sahədə əməkdaşlıq birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək. Bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək. Hesab edirik ki, məhz humanitar əlaqələr bizim dövlətlərarası münasibətlərin qurulmasının əsasıdır. Əlbəttə, qarşılıqlı maraq doğuran sahələr çoxdur. Biz həqiqətən qarşılıqlı fəaliyyətin müttəfiqliyin keyfiyyətcə yeni səviyyəsinə qədəm qoyuruq və bu, bu gün imzalanacaq Bəyannamədə artıq əks olunub. Beləliklə, biz ölkələrimizin və xalqlarımızın uğurlu birgə gələcəyini bir çox onilliklər qədər irəlicədən müəyyən edirik.Beynəlxalq müstəvidə qarşılıqlı dəstəyimizlə nümunəyik. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.Azərbaycan Prezidenti beynəlxalq müstəvidə qarşılıqlı dəstək amilinə də toxundu. İlham Əliyev vurğuladı ki, qardaş ölkələrimiz beynəlxalq platformalarda fəal əlaqədədir, bütün məsələlərə dair qarşılıqlı dəstək nümayiş olunur. Belə beynəlxalq dəstək özəlliklə ölkələrimizdən yalnız birinin üzv olduğu təşkilatlarda verilən dəstəklə yüksək əyara, fövqəladə önəmli dərəcəyə çatdırılır. Prezident İlham Əliyevin Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxışında qeyd etdiyi kimi, Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Beynəlxalq təhlükəsizliklə bağlı məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir.Qazaxıstanla, eləcə də, digər qardaş ölkələrlə dostluq, strateji müttəfiqlik, dərin işbirliyi, bir sözlə, sarsılmaz qardaşlıq münasibətləri əcdadlarımızın ruhunu şad edən, gələcək nəsillərə yol göstərən çox vacib amildir. Azərbaycan Prezidenti Astanadakı bəyanatında bu amili həyati zərurət olaraq dəyərləndirdi. Səfər çərçivəsində, həmçinin iki ölkə arasındakı əlaqələrin müxtəlif sahələrini əhatə edən bir sıra sənədlər də imzalandı. Əminliklə deyə bilərik ki, bu sənədlər xalqlarımızın maraqlarını qorumaqla yanaşı, həm də onların firavan gələcəyinə öz töhfələrini verəcəklər. Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Geri dön |