Ana Sayfa > Ölkə > Tovuzda “Heydər Əliyev Azərbaycan səhiyyəsinin inkişaf tarixi” mövzusunda tədbir keçirilmişdir

Tovuzda “Heydər Əliyev Azərbaycan səhiyyəsinin inkişaf tarixi” mövzusunda tədbir keçirilmişdir


14-04-2023, 18:15. Yazar: sevinc1
Tovuzda “Heydər Əliyev Azərbaycan səhiyyəsinin inkişaf tarixi” mövzusunda tədbir keçirilmişdir

aia.az xəbər verir ki, 13.04.2023-cü il tarixdə Tovuzda “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin (Tovuz şəhər Şəhriyar küçəsi ƏPT) və Yeni Azərbaycan Partiyası Tovuz rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycan səhiyyəsinin inkişaf tarixi”mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Paşa Muradov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov və partiya fəalları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Sonra Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar onun həyatından, misilsiz xidmətlərindən və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

İlk öncə tədbiri Tovuz Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Paşa Muradov açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. P.Muradov qeyd edib ki, Ümummilli Lider hələ Azərbaycana rəhbərliyə gəlməmişdən xeyli əvvəl onun dəyərlər sistemində insanların səhhəti millətin sağlam gələcəyini şərtləndirən amil kimi əsas yerlərdən birini tuturdu. Səhiyyə məsələləri ilə bağlı söhbətlər, müzakirələr, qayğılar, düşüncələr Ulu Öndərin gündəlik həyatının bir parçasına çevrilmişdi. Ulu Öndər bütün sahələrdə olduğu kimi, Azərbaycanın səhiyyə sahəsini, onun ayrılmaz şaxələrindən olan tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır.Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Ölkə rəhbərinin və dövlətin qayğısı sayəsində istifadəyə verilən Tovuz Rayon Mərkəzi Xəstəxanası və Hemodializ Mərkəzinin binası bunun bariz nümunəsidir.
Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışında,bütün həyatı boyu öz xalqının xoşbəxtlyi,əmin-amanlığı naminə yorulmadan çalışan Ulu Öndər Heydər Əliyevin həyat amalını bütün varlığı qədər sevdiyi Azərbaycan xalqına,dövlətçiliyimizə,ölkəmizin iqtisadi,siyasi,mənəvi inkişafına xidmət etdiyini bildirərək yenicə müstəqillik qazanmış ölkəmizdə səhiyyəmizin inkişafı üçün ailəsindəki həkimlərin də xüsusən ömür–gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın o dövrdə təbabət qarşısında duran başlıca problemlər üzərində düşünüb, onların həlli yollarını axtardığını və insanların sağlamlığı ilə bağlı ən ağrılı məsələləri Heydər Əliyevlə birgə müzakirə edib, tibbi–sosial problemlərdən mümkün çıxış yollarında müdrik rəhbərlə məsləhətləşdiyini bildirdi.
Sonra o, ulu öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlərin görüldüyünü, islahatlar aparıldığını və ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən 15-dən çox qanunun qəbul edilməsi , o cümlədən milli proqramların işlənib hazırlandığını və bu qanunların qəbul edilməsi səhiyyəmizin müasir tələblər səviyyəsində yenilənməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət etdiyini diqqətə çatdırdı.
N.Pənahov səhiyyə işçilərinin pandemiya və eləcədə vətən müharibəsi dövründə vətəndaşlarımızın sağlamlığı üçün öz bilik və bacarıqlarında səmərəli şəkildə istifadə edərək fədəkarlıqlarını dilə gətirərək onlara öz təşəkkürünü bildirmişdir.
Sonra Çıxış edən partiya fəalı Düz Qırıqlı ASM-in bölmə müdiri İlqar Əlirzay Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərindən o cümlədən geniş bilik və dərin təfəkkür sahibi olan ulu öndərin düşünülmüş və cəsarətli qərarlarının təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələlərini uğurla həll etməyindən danışmışdır.
Sonda partiya və iş həyatında fərqlənən bir qrup partiya fəallarına Yeni Azərbaycan Partiyasının rayon təşkilatının və Tovuz Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin adından Fəxri Fərmanlar təqdim edilmişdir.
.
Geri dön