Ana Sayfa > Siyasət > Prezident:

Prezident:


14-04-2023, 15:30. Yazar: sevinc1
Prezident:

Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılıb.

aia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrikində deyilir.

“Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər”, - dövlət başçısı bildirib.

aia.az
Geri dön