Ana Sayfa > Gündəm > Ramil Usubovdan daha bir əmr - Rəisin yeri dəyişdi
Ramil Usubovdan daha bir əmr - Rəisin yeri dəyişdi13-07-2016, 12:41. Yazar: admin |
Daxili işlər naziri general-polkovnik Ramil Usubov Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Elsevər Aslanov vəzifəsindən azad olunub. myBaku.az Kəpəz TV-yə istinadən xəbər verir ki, nazirin digər əmri ilə Elsevər Aslanov Ağstafa Rayon Polis Şöbəsinə rəis təyin olunub. Daşkəsən RPŞ-yə hələlik rəis təyinatı yoxdur. Qeyd edək ki, Elsevər Aslanov buna qədər Mingəçevir Şəhər Polis Şöbəsində müavin və Beyləqan RPŞ-nin rəisi vəzifələrində çalşıb. O, 2012-ci ildən Daşkəsən polisinə rəhbərlik edir. Ağstafa Rayon Polis Şöbəsinin sabiq rəisi Yaşar Nuriyev isə bir müddət əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Xətt Polisinə rəis təyin olunub. Geri dön |