Ana Sayfa > Özəl > AKADEMİK ZƏRIFƏ ƏLİYEVA OFTALMOLOGIYA ELMİNƏ DƏYƏRLİ TÖHFƏLƏR VERİB
AKADEMİK ZƏRIFƏ ƏLİYEVA OFTALMOLOGIYA ELMİNƏ DƏYƏRLİ TÖHFƏLƏR VERİB14-04-2023, 09:25. Yazar: sevinc1 |
Akademik Zərifə xanım Əliyeva istedadlı alim, görkəmli ictimai və dövlət xadimi, Azərbaycanda səhiyyənin qurucusu Əziz Əliyevin ailəsində 1923-cü il 28 apreldə Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmışdır. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısında məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktikası fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirəndən sonra 1947-1949-cu illərdə Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisasartırma kursunda həkim-oftalmoloq kimi fəaliyyət göstərir. 1950-1953-cü illərdə aspiranturada təhsil almış və Azərbaycan Oftalmologiya institutunda o vaxtlar Azərbaycanda insanlar arasında geniş yayılmış görmə orqanının ən qorxulu xəstəliklərindən olan traxoma infeksion xəstəliyinin müalicəsi istiqamətində uğurlu elmi-tədqiqat işləri aparmışdır. Traxoma xəstəliyi görmə qabiliyyətinin zəifləməsi və hətta tam kor olma kimi ağır fəsadlarla nəticələnir. Zərifə xanımın traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı yeni olan antibiotiklərin tətbiqindən səmərəli istifadə etməyi bacarmış və apardığı tədqiqat işlərinin nəticələrini ümumiləşdirib, 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda nəzəri və praktik dəyərinə görə mühüm əhəmiyyət kəsb edən namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Deyilənlərlə əlaqədar olaraq qeyd etmək lazımdır ki, traxoma xəstəliyinin kompleks effektli müalicəsi və Azərbaycanda bu xəstəliyin ləğv edilməsi sahəsindəki xidmət bilavasitə Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Keçən əsrin 60-cı illərində Zərifə xanım keçmiş Sovetlər İttifaqında ilk həkim oftalmoloqlardan olmuşdur ki, görmə orqanının peşə patologoyasının öyrənilməsi istiqamətində geniş tədqiqat işi aparmışdır. Elmi-tədqiqatda mənimsənilən yenilikləri praktik oftalmologiyaya tətbiq etməyi müstəsna məharətlə bacarmışdır. Bu vaxtdan başlayaraq Zərifə xanım Azərbaycanın bəzi kimya sənayesində işçilərin görmə orqanının vəziyyətinə zəhərli kimyəvi maddələrin zərərli təsirini öyrənmişdir. Aşağı konsentrasiyalı stirol, tetraxloretilen buxarının, pestişitlərin və başqa peşə istehsalat faktorlarının orqanizmə təsiri nəticəsində görmə orqanının morfologiyasında və funksiyasında yaranan dəyişimələrin səviyyəsinə aid tədqiqat materialları 30-dan artıq elmi iş şəklində ən nüfuzlu jurnallarda çap olunmuşdur. Professor Zərifə Əliyeva elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, daha effektli elmi-pedaqoji işlərin təşkilinə müstəsna əhəmiyyət vermişdir. Belə ki, 1979-cu ildə Zərifə xanımın müəllifliyi ilə "Gözün herpetik xəstəliyi" və "Kəskin viruslu konyuktivit" dərs vəsaitləri çap olunmuşdur. 1980-ci ildə professor Zərifə Əliyevanın üç monoqrafiyası çap olunmuşdur: "Şin istehsalında gözün peşə patologoyasının", "Görmə sisteminin anatomik - fizioloji hidrodinamikasının xüsusiyyətləri” (professor N.B.Şulpina ilə birlikdə), həmçinin də 1981-ci ildə "Xroniki yod intoksikasiyasının oftalmologiyası". Elmi-pedaqoji və elmi kadrlar hazırlanması sahəsindəki xidmətlərinə görə 1980-ci ildə Zərifə Əliyevaya Azərbaycanın Əməkdar elm xadimi adı verilmişdir. 1981-ci ildə istehsalat faktorlarının görmə analizatorunun morfoloji və funksional vəziyyətinə zədələyici təsirinin öyrənilməsi, onların profilaktikası, erkən diaqnostikasının və müalicəsinin icrası sahəsində apardığı fundamental elmi-tədqiqat işlərinin nəticələrinə və çap olunan əsərlərinə görə professor Zərifə Əliyeva M.İ.Averbax adına SSRİ Tibb Elmləri Akademiyasının mükafatına layiq bilinmişdir. Elmi xidmətlərinin nəzəri və praktik dəyərini yüksək qiymətləndirərək 1983-cü ildə tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Zərifə Əliyeva Azərbaycan Elmlər Akademiyasının Həqiqi üzvü seçilmişdir. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |