Ana Sayfa > Özəl > Ulu Öndər ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik etdi

Ulu Öndər ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik etdi


13-04-2023, 11:08. Yazar: sevinc1
Ulu Öndər ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik etdi

Bu gün öz uğurlu daxili və xarici siyasəti ilə dünya birliyinə qovuşmaqda olan Azərbaycanımız, Azərbaycan xalqı öz tarixinin ən şərəfli və ən mürəkkəb dövrünü yaşayır. Keçid dövrü adlanır bu dövr… Müasir tərəqqiyə qovuşmuş xalqların və dövlətlərin hamısı yaşamışdır bu dövrü. Hərə öz xüsusiyyətləri, öz çətinlikləri ilə... Bizim keçid dövrümüzün də öz xüsusiyyətləri, çətinlikləri, problemləri var. Yaxından-uzaqdan çox güclü xarici hərbi-siyasi təzyiqlər, Vətən torpaqlarının mühüm hissəsinin düşmən tərəfindən işğalı, 8 milyonluq əhalisi olan bir ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkünün olması-bütün bunlar daha ağrılı-acılı edir bizim keçid dövrümüzü.
Üstəlik, ənənəvi xarici düşmənlərimiz Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaşamasının qarşısını almaq, onun daha da inkişaf edib yüksək tərəqqiyə qovuşmuş dövlətlərin sırasına çıxmasına əngəl törətmək üçün əllərindən gələni edirlər. Avropa ilə Asiya, Rusiya ilə Yaxın və Orta ŞAzərbaycanın xarici düşmənləri yaxşı başa düşürdülər ki, indi artıq 1918-1920-ci illər deyil! Bu dəfə istiqlal mübarizəmiz, yeni, qüdrətli Azərbaycan yaratmaq siyasətimiz zəfərlə sona çatacaqdır. Çünki Azərbaycanın qurtuluş savaşının, yurdumuzda yeni həyat quruculuğunun başında zamanın nəbzini əlində saxlayan Heydər Əliyev şəxsiyyəti dururdu. Yəni, Ulu Tanrı şəxsiyyət və zaman problemini bu dəfə Azərbaycan xalqının xeyrinə həll etmişdi!
Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən nadir, ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergi idi. Bütün bunlar bir keyfiyyət altında birləşirdi: Heydər Əliyev BÖYÜK AZƏRBAYCANLI İDİ. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi idi. Bu nadir keyfiyyət Heydər Əliyev fəaliyyətinin bütün dövrləri üçün səciyyəvi idi.ərq ölkələri arasında Qızıl körpü rolu oynayan Azərbaycanın azad yaşaması, getdikcə güclənməsi həmin qüvvələri heç cür təmin etmir. Müasir Azərbaycan dünya miqyasında çox qüdrətli beynəlxalq qüvvələrin mənafelərinin çarpazlaşdığı ən qaynar məntəqələrdən birinə çevrilmişdir. Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan müstəqil Azərbaycana qarşı siyasi, hərbi, iqtisadi, mənəvi təzyiqlər ara vermək bilmir. Bu indidən sonra da belə olacaqdır. Bir maneə dəf olunub qurtarmamış qarşımızı digər əngəllər kəsir.
Tarixdə heç zaman Azərbaycanı daxildən parçalamaq, xalq içərisində etnik və vətəndaş qarşıdurması yaratmaq, dini təfriqə salmaq taktikasından bu qədər sistemli şəkildə istifadə olunmamışdır.
Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi Birinci dövrlə İkinci dövr arasındakı illər, sözün əsl mənasında, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəri idi. Xüsusilə, Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, "olum ya ölüm" dövrü kimi qaldı. Moskvaya satılmış xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan "Azərbaycan Xalq Cəbhəsi rejimi" məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Vətənin ümid çırağı, əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. Bu dövrdə-1990-cı il yanvarın 21-də (20 Yanvar qırğınının ertəsi günü!) həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi.
Tarixin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin layiqli varisi İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan, habelə bütün dünyanın 60 milyonluq azərbaycanlıları dirçəliş yolundadır. Azərbaycan xalqı yaxın gələcəkdə Böyük Azərbaycanın intibahını gözləyir.

Rafiq Süleymanlı Namiq
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Geri dön