Ana Sayfa > Özəl > AZƏRBAYCAN QAZAXISTAN ƏLAQƏLƏRİ MÜHÜM SAHƏLƏR ÜZRƏ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR

AZƏRBAYCAN QAZAXISTAN ƏLAQƏLƏRİ MÜHÜM SAHƏLƏR ÜZRƏ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR


12-04-2023, 19:10. Yazar: sevinc1
AZƏRBAYCAN QAZAXISTAN ƏLAQƏLƏRİ MÜHÜM SAHƏLƏR ÜZRƏ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR

Azərbaycanın xarici siyasət kursunun prioritetləri dövlətin maraqları ilə müasir geosiyasi vəziyyətin xüsusiyyətlərini maksimum dərəcədə nəzərə almağa əsaslanır. Ulu öndər Heydər Əliyev ölkənin xarici siyasətinin prioritetlərini ən incə məqamları belə nəzərə alaraq müəyyənləşdirib. Ötən illərin təcrübəsi göstərdi ki, Ümummilli Liderin formalaşdırdığı müdrik siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zamanın bütün tələblərinə cavab verir. Azərbaycanın demək olar ki, dünyanın bütün dövlətləri ilə qarşılıqlı və sıx əlaqələri mövcuddur.
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir.
Vaxtı ilə Türk Dünyası deyəndə ancaq Türkiyə Cümhuriyyəti göz önünə gəlirdisə, 1990-cı illərdə SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan bi birliyi daha da fəallaşmasına səbəb oldu. Uzun müddət inkişaf yolu keçən bu ölkələr dünyanın həm siyasi xəritəsində, həm də iqtisadi münasibətlər sistemində özünə yer edə bildi. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyətin yaranmasına gətirib çıxardı. İldən – ilə bu ölkələr arasında ikitərəfli və həmçinin çoxtərəfli əlaqələr inkişaf edərək bu gün özünün ən yüksək səviyyəsinə çatmışdır. Əlbəttə ki, bu dövlətləri ümumi tarix və mədəni köklər birləşdirməklə yanaşı, eyni zamanda, sıx iqtisadi və siyasi maraqlar da çox önəmli maraq kəsb edir. Qeyd etmək lazımdır ki, Azərbaycan strateji baxımdan Mərkəzi Asiya üçün Avropa bazarlarına gedən yolu təmin edir.
Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. İkitərəfli əlaqələrə gəldikdə qeyd edilməlidir ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir.
Dünyanın bir çox ölkəsində olduğu kimi, Heydər Əliyevin adı, fəaliyyəti, ölməz ideyaları Qazax xalqı üçün də əzizdir və başda dövlət rəhbərləri olmaqla qardaş ölkənin vətəndaşları bu müdrik, uzaqgörən siyasətçini, dahi şəxsiyyəti daim böyük məhəbbət və ehtiramla yad edirlər. Ulu Öndərimiz Heydər Əliyevin yubiley ili – “Heydər Əliyev İli” ərəfəsində Astanada Heydər Əliyevin adına küçənin açılışı və açılışda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı qürurverici hadisədir və hər iki dövlətin sarsılmaz dostluğunun, qardaşlığının ifadəsidir.
Bu gün Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı, eləcə də dünyada baş verən proseslər hər iki ölkəni və xalqları regional təhlükəsizlik, nəqliyyat, logistika, energetika, humanitar, ekologiya sahələrində əməkdaşlığı möhkəmlətməyi diktə edir
Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın mühüm perspektivliyini təmin edir.

Bayram Həsənəli oğlu
YAP Qaradağ rayon təşkilatının fəalı
Geri dön