Ana Sayfa > Ölkə / Manşet > Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə iftar süfrəsi verilib
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə iftar süfrəsi verilib12-04-2023, 16:59. Yazar: sevinc1 |
Azərbaycan Ağsaqqallar Şurası tərəfindən təşkilatın sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbəsinin sakinlərinə – şəhid ailələrinə, qazilərə, aztəməminatlı ailələrə, ağsaqqallara iftar süfrəsi verilib. İftarda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı Milli Məclisin deputatı Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Şuranın Aparat əməkdaşları, Sabunçu Rayon Ağsaqqallar Şurasının rəhbər heyəti iştirak ediblər. İftar mərasimi din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz ruhuna, həmçinin hazırda vəzifə başında ayıq-sayıq dayanaraq ölkəmizi düşməndən qoruyan igid əsgər və zabitlərimizə dualar edilib, müqəddəs kitabımız olan “Qurani Kərim”in müsəlmanlara nazil olduğu Ramazan ayının fəzilətlərindən və savablarından danışılıb. Mərasimdə iştirak edənlər iftar süfrənin açılmasında əziyyəti olan hər bir kəsə, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasına və ölkəmizin bugünkü sabitliyi, tərəqqisi və gündən-günə güclənməsi uğrunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər, düşmənlə üz-üzə dayanan rəşadətli Ordumuza uğurlar arzulayıblar. İftar süfrəsində iştirak edən şəhid ailələrinin üzvləri, qazilər və ağsaqqallarla görüşərək onların qayğıları ilə maraqlanan Eldar Quliyev mübarək Ramazan ayında Allahdan oruc tutan insanların bütün ibadətlərinin, o cümlədən oruc və niyyətlərinin qəbul olunmasını arzulayıb. Ramazan ayının sonunda bayram süfrələrinin verilməsinin nəzərdə tutulduğunu qeyd edib. Geri dön |