Ana Sayfa > Özəl > PREZİDENT İLHAM ƏLİYEVİN TACIKISTANA SƏFƏRI IKI ÖLKƏ ARASINDA MÜNASIBƏTLƏRIN INKIŞAFINA TÖHFƏDIR
PREZİDENT İLHAM ƏLİYEVİN TACIKISTANA SƏFƏRI IKI ÖLKƏ ARASINDA MÜNASIBƏTLƏRIN INKIŞAFINA TÖHFƏDIR12-04-2023, 09:37. Yazar: sevinc1 |
Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. 5 Aprel 2023 - cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana dövlət səfəri edib. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçirilən səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edib. Səfər çərçivəsində rəsmi qəbul paytaxt Düşənbə şəhərində yerləşən Millətlər Sarayında baş tutub. Düşənbədə Tacikistan-Azərbaycan İnvestisiya Forumu keçirilib. Forumda Azərbaycanın və Tacikistanın investisiya potensialı, icra olunan layihələr haqqında təqdimatlar nümayiş etdirilib. Azərbaycan və Tacikistan arasındakı əlaqələr bizim milli köklərimizə, mənəvi dəyərlərimizə, dinimizə, dilimizə, mədəniyyətimizə bağlı tarixi münasibətlərdir. Bu əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider hər zaman türk dövlətləri ilə əlaqələrə xüsusi önəm vermiş və bu əlaqələrin sıx əməkdaşlıq çərçivəsində inkişaf etməsi üçün var qüvvəsi ilə çalışırdı. Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla mətbuata birgə bəyanatlarla çıxış edərkən xüsusi ilə qeyd etmişdir: “Atam Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan Prezidentinə təşəkkürümü bildirmək istərdim. O, Emoməli Şərifoviç Rəhmon ilə birlikdə ölkələrimiz arasında dövlətlərarası münasibətlərin formalaşmasının təşəbbüskarı olub və mahiyyət etibarilə onlar bu münasibətlərin əsasını qoyublar”. Azərbaycan ilə Tacikistan münasibətlərinin tarixi qədim tarixə malikdir. Hər iki ölkə SSRİ -nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də digər Asiya dövlətləri ilə münasibətimiz kimi xüsusi əhəmiyyətə malikdir. 2010-2022-ci illərdə Tacikistan Silahlı Qüvvələrinin 39 kursantı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Hazırda 22 tacik kursant Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alır.Dövlət Sərhəd Xidməti Akademiyasında 24 nəfər tacik kursant təhsil alır, onlardan altısının təhsili bu il başa çatacaq. Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Prezident İlham Əliyevin son bir-iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |