Ana Sayfa > Özəl > Siyəzən rayonunda bütün problemlər surətlə həll olunur
Siyəzən rayonunda bütün problemlər surətlə həll olunur11-04-2023, 13:38. Yazar: sevinc1 |
“Siyəzən rayonunda bütün problemlər surətlə həll olunur. Buna görə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm” Bu sözləri saytımıza vətəndaş Məmmədova İzzət bildirir. Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə daim İcra Hakimiyyəti tərəfindən müraciətlərin müsbət həlli və vətəndaşlara köməklik göstərilir. Ölkədə görülən genişmiqyaslı quruculuq, abadlıq işləri, iqtisadiyyatın bütün sahələrində aparılan uğurlu inkişafa görə cənab Prezidentimiz İlham Əliyevə və Siyəzən rayonuna göstərdiyi diqqət və qayğıya görə (binaların dam örtüklərinin dəyişdirilməsi, yeni məktəblərin tikilməsi, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması) dərin minnətdarlıqlarını və təşəkkür edirəm. Eyni zamanda Siyəzəndə aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərinə görə Siyəzən rayon İcra Hakimiyyəti başçısı cənab Novruz Novruzova təşəkkür edirəm . O qeyd edir ki, dəfələrlə rayonun İcra Hakimiyyətinə gedəndə Başçının birinci müavini Aqşin Ağayev onu qəbul edir, bütün problemlərinin aradan qaldırılmasına köməklik göstərir. Aqşin Ağayev hər zaman Vətəndaş İzzət Məmmədovanın səsləndirdiyi ümumi problemləri ayrı-ayrılıqda dinləyib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verib. “Mən də bir Siyəzən sakini kimi cənab başçımıza təşəkkür edirəm. Hər zaman müavin Aqşin Ağayev bizlərlə şəxsən özü sakinlərə yaxından maraqlanır və bizə yardımlar edir”. Aia .az Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov Geri dön |