Ana Sayfa > Aia TV > Kəşmirdə 18 nəfər ölüb

Kəşmirdə 18 nəfər ölüb


10-07-2016, 21:41. Yazar: admin
Kəşmirdə 18 nəfər ölüb







Hindistan Kəşmirində hökumət qüvvələri ilə nümayişçilər arasında iki gündür davam edən toqquşmalarda biri polis olmaqla azı 18 nəfər ölüb, 200-dən artıq insan yaralanıb.

Aia.az "lefigaro.fr" saytına istinadla xəbər verir ki, nümayişlər üsyançıların lideri Burhan Vaninin ölümündən sonra başlayıb. Hökumət qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Bu, 2010-cu ildən bəri Hindistanda baş verən ən böyük etiraz aksiyasıdır.

Qeyd edək ki, 1947-ci ildən bəri Hindistan ilə Pakistan Kəşmirə görə münaqişə vəziyyətindədir. Hər iki ölkə bu dağlıq regionun onun ərazisi olduğunu iddia edir.


aia.az
Geri dön