Ana Sayfa > Aia TV > "Bu yanlış siyasət terrorizmi inkişaf etdirir"

"Bu yanlış siyasət terrorizmi inkişaf etdirir"


10-07-2016, 21:37. Yazar: admin
"Bu yanlış siyasət terrorizmi inkişaf etdirir"





Suriya prezidenti Bəşər Əsəd Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib.

Aia-nın SANA agentliyinə istinadən verdiyi məlumata görə, B. Əsəd Avropa Parlamentinin Xarici məsələlər üzrə komitəsinin sədri Xavyer Kousun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib ki, Avropaya qaçqın axını bir neçə Qərb ölkəsində rəhbərlərin Suriyada terrorçu qruplaşmalara yardım etməsi və siyasi baxımdan dəstəkləməsindən qaynaqlanır.

Suriya prezidenti ölkəsində və regionda baş verənlərin coğrafi və sosial əlaqələr səbəbindən təbii olaraq Avropaya güclü təsir etdiyini söyləyib. B. Əsəd bir sıra Avropa ölkələrinin hökumətlərinin yanlış siyasətlərinin aradan qaldırılmasında Avropa Parlamentinin mühüm rolu olduğunu vurğulayıb. Suriya prezidenti bu yanlış siyasətin terrorizmi inkişaf etdirdiyini, sanksiyaların Suriya vətəndaşlarının həyatını ağırlaşdırdığını, bir çox suriyalını ölkəsini tərk etmək məcburiyyətində qoyduğunu qeyd edib.

Avropa Parlamentinin üzvləri isə Suriyaya qarşı sanksiyaların ləğv olunması üçün səy göstərəcəklərini bildiriblər.


aia.az
Geri dön