Ana Sayfa > Özəl > Cənab İlham Əlievin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar
Cənab İlham Əlievin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar9-04-2023, 17:06. Yazar: sevinc1 |
2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir. Azərbaycan xalqı görülən işlırə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatçılar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatçılar tərəfindən keçirilmiş “exit-pollar”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi. Seçkilərdə 8 namizəd mübarizə aparırdı. Prezident İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası, Araz Əlizadənin namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası, Qüdrət Həsənquliyevin namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Fərəc Quliyevin namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası, Hafiz Hacıyevin namizədliyi Müasir Müsavat Partiyası, Sərdar Məmmədovun namizədliyi Azərbaycan Demokrat Partiyası, Razi Nurullayevin namizədliyi Cəbhəçilərin təşəbbüs qrupu, Zahid Orucun namizədliyi isə özü tərəfindən irəli sürüldü. Seçki məcəlləsinin tələbinə uyğun olaraq “exit-poll” keçirməkdən ötrü Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “AJF&Associates İnc.” Təşkilatı, ABŞ-ın Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Opinion Way Sosioloji” Tədqiqatlar İnstitutu, Fransanın “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzi MSK-da qeydiyyatdan keçmişdilər . Mart ayının 19-dan start verilən təşviqat kampaniyası sivil və müasir tələblərə cavab verən şəraitdə keçirilmiş və aprelin 10-u saat 8:00-dək davam etmişdir. Prezident seçkilərində şəffaflığın təmin olunması üçün MSK başda olmaqla, bütün aidiyyatı qurumlar tərəfindən lazımi tədbirlər görülmışdır. Ölkəmizdə 2008-ci ildən başlayaraq geniş tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də tətbiq edilmişdir. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (seçki məntəqələrinin təqribən 20%-də) veb-kamera quraşdırılmışdır Nəhayət, 11 apreldə seçkilər keçirildi. Seçicilər məntəqələrə gələrək iradələrini bildirdilər. Seçkidə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq qalib gəldi. Zahid Oruca 3,12 faiz, Sərdar Məmmədova 3,03 faiz, Qüdrət Həsənquliyevə 3,02 faiz, Hafiz Hacıyevə 1,52 faiz, Araz Əlizadəyə 1,38, Fərəc Quliyevə 1,17 faiz, Razi Nurullayevə isə 0,74 faiz səs verildi. Azərbaycan xalqının iradəsini əks etdirən seçkinin nəticələri bir daha sübut etdi ki, vətəndaşlar dövlətin gələcək inkişafını məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kursun Prezident İlham Əliyevin mövcud şəraitə uyğun olaraq davam və inkişaf etdirilməsində görür. Azərbaycan xalqı real işlərə, sabit, davamlı inkişafa, tərəqqiyə və təhlükəsizliyə səs verdi. Azərbaycan Dövlət Pedaqoji Universiteti Mahmudova Hənifə Mahmud Geri dön |