Ana Sayfa > Özəl > Şabran rayon Zeyvə kəndinin ən gənc şəhidi 18yaşlı Anar Mehdiyev

Şabran rayon Zeyvə kəndinin ən gənc şəhidi 18yaşlı Anar Mehdiyev


8-04-2023, 16:09. Yazar: sevinc1
Şabran rayon Zeyvə kəndinin ən gənc şəhidi 18yaşlı Anar Mehdiyev

Mehdiyev Anar 16 dekabr 2001-ci il Şabran rayonun Zeyvə kəndində anadan olub. 2007-ci ildə Şahmurad Nuriyev adına tam məktəbin 1-ci sinifinə daxil olub.

Azərbaycan Ordusunun əsgəri olan Anar Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Mehdiyev oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Canım Xalamoğlu Allah Sənə Rəhmət Eləsin. Ruhun Şad Olsun. Allah Xalama Səbr Versin. Vətən Uğrunda Qəhrəmancasına Vuruşdun Şəhidlik Zirvəsinə Yüksəldin. Şəhidlik Sənin Ən Böyük Arzun İdi. Biz Sizlərə Hər Zaman Borcluyuq.

Allah Rəhmət Eləsin Qardaşım Səni Nur Üzlü Mehriban Qardaşım Gülər Üzlü Qardaşım Axırıncı Dəfə Siyəzən Xəstəxanasında Əməliyyat Olunub Çıxdıqdan Sonra Yanıva Gəldim Danışdıq Söhbət Elədik O Qədər Güldün Məni Evə Yola Salanda da Gülə Gülə Yola Saldın Nəbilim Axırıncı Gülüşündü Nəbilim Deyirsən Xalaoğlu Gülməyəcəyik Daha Fso Nəbilim O Gecə Elə Qalardıq Yanında Nəbilim Axırıncı Görüşümüz Olur 😔

Şabran rayon Zeyvə kəndində dəfn olunub.

Aia.az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov
Geri dön